Bakıda 20 yaşlı oğlan ürəyindən bıçaqlandı

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 ünvanında 20 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar.

Səhiyyə Nazirliyinjn mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, təcili yardım həkimləri gələndə yaralının vəziyyəti çox ağır olub. xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.

Faktla əlaqədər hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.

Share: