Lənkəranda görmə qabiliyyəti məhdud olan iki şagirdin solo konserti təşkil edilib

Lənkəran şəhərindəki 1 nömrəli uşaq musiqi məktəbində görmə qabiliyyəti məhdud olan iki şagirdin solo konserti təşkil edilib.

Uşaq musiqi məktəbinin dördüncü sinif şagirdi Nigar Şəms və ikinci sinif şagirdi Zeynəb Nəzərovanı birləşdirən təkcə onların görmə qabilliyyətlərinin məhdud olması deyil, həm də musiqidir.

Məktəbin akt zalında təşkil olunmuş konsertdə əlil qızlar xalq mahnıları, ritmik muğamlar və təsniflər ifa ediblər. Nigar və Zeynəbin ifaları alqışlarla, gül-çiçəklə qarşılanıb.

Tədbirdə çıxış edənlər gənc xanəndələrə ən xoş arzularını çatdırıblar. (AZƏRTAC)

Share: