MDB XİN başçıları Şurasının gündəliyi AÇIQLANDI

MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək iclasında aktual beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

 

Zaxarova qeyd edib ki, toplantıda nazirlər təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparacaq, 2023-cü il üçün MDB çərçivəsində nazirliklərarası çoxsəviyyəli məsləhətləşmələr planını təsdiqləyəcəklər.

 

XİN başçıları mədəni, humanitar, hüquq-mühafizə, insan hüquqları sahələrində əməkdaşlıqla bağlı bir sıra qərarlar qəbul edəcək, həmçinin MDB məkanında 2023-cü ilin “Rus dili ili” elan olunması ilə bağlı tədbirlər planı hazırlayacaqlar.

 

Zaxarova, həmçinin əlavə edib ki, iclas zamanı MDB məkanında, onun xarici sərhədlərində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək:

 

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarlarını ölkəsinin Ukraynada keçirdiyi xüsusi əməliyyatın gedişi, “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərində keçirilən “referendumun” nəticələri barədə məlumatlandıracaq”.

Mənbə

Share: