Ukraynanın müdafiə naziri Oleksiy Reznikov NATO müdafiə nazirlərinin sabahkı toplantısına qatılacaq.
Milletinsesi.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Ukraynanın özünümüdafiəsi və işğaldan azad edilməsi üçün hərbi dəstəyimizi artıracağıq. Ukrayna quru döyüşlərində sürətlənib. Ukrayna NATO üzvü olmasa da, bizim Ukraynaya dəstəyimiz əsas rol oynayır. NATO lazım olduğu qədər Ukraynanın yanında olacaq. Müharibəyə Rusiya başlayıb, ona görə də Rusiya özü Ukraynadan qoşunlarını çıxarmalı və müharibəyə son qoymalıdır”, – deyə baş katib bildirib.
“Şimal axını” neft boru kəmərindəki sızmalardan danışan NATO-nun baş katibi qeyd edib ki, hazırda bununla bağlı araşdırma aparılır.