Belarusda antiterror rejimi tətbiq edilir

Belarusda bəzi qonşu dövlətlərin mümkün təxribatları barədə xəbərlər yayıldıqdan sonra antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində respublika Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makei deyib.

 

“Bu gün, təəssüf ki, dünya o qədər gözlənilməz hala gəlib ki, biz heç kimə etibar edə bilmirik. Ona görə də biz öz təhlükəsizliyimizin qayğısına qalmalıyıq, Belarus Prezidentinin dediyi kimi, xalqımızı qorumalı və əmin olmalıyıq ki, torpağımızın bir metrinə belə işğalçı ayaq basmayıb”, – Makei bildirib.

 

Nazir qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko hüquq-mühafizə orqanları ilə bir sıra görüşlər keçirib:

 

“Antiterror əməliyyatı rejimi tətbiq edilib. Həqiqətən də bəzi qonşu dövlətlərin demək olar ki, Belarus ərazisinin müəyyən hissələrinin ələ keçirilməsi ilə bağlı təxribatlar planlaşdırdığı barədə məlumatlar var idi”.

 

Makeinin fikrincə, bu vəziyyətdə heç bir belə siqnal cavabsız qalmamalıdır. O qeyd edib ki, respublikanın Silahlı Qüvvələri, hüquq-mühafizə strukturları və xüsusi xidmət orqanları “qonşu dövlətlərdən yarana biləcək istənilən təxribatı dəf edə bilərlər”.

Mənbə

Share: