Ramil Şeydayev: “Olimpiakos”un futbolçuları vaxtı uzadırdılar”

“İki oyun arasında elə bir fərq görmədim. Sadəcə, “Olimpiakos” Bakıda müdafiədən və daha sıx oynadı, bizə boş zonalar vermədi. Matçın sonlarında isə vaxtı uzadırdılar”.

 

Moderator.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra “CBC Sport”a açıqlamasında deyib.

 

26 yaşlı hücumçu rəqibdən belə oyun gözləmədiklərini bildirib: “Düşünürdük ki, hücum edib, qol vurmağa çalışacaqlar. Hətta cinah müdafiəçiləri belə, hücumlara qoşulmurdular. Tam qapanmışdılar”.

 

Şeydayevin sözlərinə görə, qol imkanları olsa da, bəxtləri gətirməyib: “Amma 1 xal da bizim üçün yaxşı nəticədir”.

 

Mənbə

Share: