“Səbail”in futbolçusu Maudo Jarjue komandanı tərk edib.
Bu barədə Qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, qvineya-bisaulu müdafiəçi ilə yeni müqavillə bağlamaq istəsələr də futbolçu buna müsbət cavab verməyib:
“Meneceri Jarjuenin başqa təkliflərinin olduğunu dedi. Futbolçu buna görə getmək qərarına gəlib. Onun əvəzinə bir və ya iki müdafiəçi almaq istəyirik”.
Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin yayından “Səbail”də çıxış edirdi.