Bomba təhlükəsinə görə uçuşlar dayandırıldı

Bomba təhlükəsinə görə uçuşlar dayandırıldı

Kanadanın Toronto şəhərində yerləşən “Billy Bishop” hava limanı bomba təhlükəsi səbəbindən uçuşlara bağlanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlər dərhal təxliyə olunub.

 

Araşdırmalar zamanı hava limanında şübhəli bağlama aşkarlanıb. 

 

Təhlükəsizlik tədbirləri çərçivəsində ətrafdakı 2 binanın boşaldıldığı və bölgəyə gedən yolların bağlandığı bildirilir.

 

Hadisə ilə bağlı iki nəfər şübhəli nəzarətə götürülüb. 

Mənbə

Share: