
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak istefa verdiyini açıqlayan Liz Trassın yerinə baş nazir postuna namizədliyini irəli sürdüyünü açıqlayıb.
Modern.az-ın xəbərinə görə, o barədə oktyabrın 23-də “Twitter”də paylaşım edib.
“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz böyük iqtisadi böhranla üz-üzəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin gələcək baş naziriniz olmaq üçün namizədliyimi irəli sürürəm. Mən iqtisadiyyatımızı sabitləşdirmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, – Sunak yazıb.