Putin-Əliyev-Paşinyan görüşündən gözləntilər – Rusiyalı politoloqdan AÇIQLAMA

Putin-Əliyev-Paşinyan görüşündən gözləntilər – Rusiyalı politoloqdan AÇIQLAMA

Bu gün Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan artıq Soçi şəhərindədirlər.

Görüşdə liderlərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, nəqliyyat-iqtisadi əlaqələrin açılması və kommunikasiyaların blokadadan çıxarılması məsələlərinin müzakirə olunacağı gözlənilir.

Modern.az-ın məlumatına görə, Rusiyanın ekspert dairələrində görüşlə bağlı bir sıra fikirlər səsləndirilir.

Məsələn, rusiyalı politoloq Andrey Areşev hesab edir ki, Cənubi Qafqaz regionunda vəziyyət növbəti partlayış həddinə çatıb və bunu nəzərə alan Moskva kompromis sülh təklif etməyə çalışır.

O qeyd edib ki, “Qərblə Rusiya arasında dünyanın müxtəlif regionlarında, xüsusən də Ukraynada mövcud olan qeyri-ictimai razılaşmaların və ziddiyyətlərin təsiri Dağlıq Qarabağdakı vəziyyətdə birbaşa özünü göstərir”.

Areşevin sözlərinə görə, Qarabağ məsələsi mürəkkəb məsələdir və xarici müdaxilə ilə daha da mürəkkəbləşir.

O qeyd edib ki, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə nələrin baş verəcəyini əvvəlcədən söyləmək mümkün deyil.

Mənbə

Share: