ABŞ dövlət katibi Entoni Blinken G7 ölkələrindəki həmkarları ilə görüşmək üçün noyabrın 3-4-də Almaniyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüş zamanı Ukraynadakı müharibə, iqlim dəyişikliyi, enerji məsələləri müzakirə olunacaq.
Qida böhranı, Hind-Sakit okean regionu və Afrika da gündəmdədir.
Akif İsmayılov