Avropa Parlamenti üzvləri Kremlin bəslədiyi separatçı rejimin “deputat”larıyla…-FOTOLAR

Avropa işğalçı Rusiya imperiyasından fərqini belə nümayiş etdirir?..

 

Qarabağda Rusiyanın himayəsi altında 32-ci ildir bəsələnən separatçı-terrorçu rejimin qanunsuz qanuverici orqanının rəhbəri Artur Tovmasyanın başçılıq etdiyi nümayəndə heyəti İrəvanda Avropa Parlamentinin (AP) deputatları Piter Van Dalen (Hollandiya), Fabio Massimo Kastaldo (İtaliya) və Lars Patrik Berger (Almaniya) ilə görüşüb. 

Moderator.az xəbər verir ki, “Armenian Today” nəşrinin məlumatına görə, “görüş zamanı tərəflər 44 günlük müharibənin nəticələrini və Artsax ətrafında siyasi prosesləri müzakirə ediblər, xarici siyasi təmaslarda Artsax qarşısında yaranan maneələrə toxunublar”.

 

“Görüş iştirakçıları Azərbaycan-Qarabağ münaqişəsinin hazırkı mərhələsi, Artsax xalqının təhlükəsiz və dinc həyat hüquqları, eləcə də Azərbaycanın istəklərinin qarşısının alınması məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunur ki, qonaqlar bu problemləri dilə gətirmək məsələsində Artsaxın yanında olmağa və həmçinin Artsax erməniliyinə dəstək verməyə hazır olduqlarını vurğulayıblar”- xəbərdə beləd deyilir.

 

Xatırladılır ki, daha əvvəl  AP-nin fakt toplayan missiyasının oktyabrın 31-dən noyabrın 4-dək Ermənistanda olacağı bildirilib. 

Səfəri  “Erməni milli komitəsi” -“Ay data”nın Avropa bürosunun təşəbbüsü ilə baş tutan AP-nin üzvlərindən ibarət nümayəndə heyətinə aşağıdakılar daxildir: Hollandiyadan Avropa Parlamentinin üzvü, Avropa Xalq Partiyasının siyasi qrupunun üzvü Piter van Dalen, keçmiş sədr müavini, müstəqil deputat Fabio Massimo Kastardo (İtaliya) və AP-nin Almaniyadan olan üzvü Lars Patrick Berg…

 

P.S. Avropa işğalçı Rusiya imperiyasından fərqini belə nümayiş etdirir?..

 

Sultan Laçın

Mənbə

Share: