Sayca 186-cı “Açıq mikrofon” aksiyası Goranboyda baş tutdu

“Şəhid anası olaraq övladımın Goranboy rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasında köməklik etməyinizi sizdən xahiş edirəm.” Bu sözləri şəhid anası Səadət Tağıyeva Goranboy rayonunda baş tutan “Açıq mikrofon” aksiyasında bildirib.

 

Daxil olan müraciətlə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin rəisi Taleh Şamradov bildirib ki, bu cür həssas əhali kateqoriyasına aid olan müraciətlərə SOCAR rəhbərliyinin tapşırığı ilə xüsusi diqqətlə yanaşılır. Ünvanlanan müraciətin həlli üçün lazımi sənədlər təqdim olunduqdan sonra işin icrasına başlanılacaq. Rayonun Nizami kəndindən aksiyaya üz tutan Mənsurə Babakişiyeva isə fərdi yaşayış evində 2-ci sayğacın quraşdırılmasını xahiş edib. Görüşdə qapı keçidinin quraşdırılması ilə bağlı Rəna Əliyeva müraciət edib. Digər şəhid ailəsi üzvü Tacirə Məmmədova isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. 

 

Birliyin məsul şəxsləri görüş zamanı səsləndirilən bütün müraciətlərlə bağlı hər bir vətəndaşa lazımi izahat veriblər.

Mənbə

Share: