Belarus və Ermənistan arasında siyasi GƏRGİNLİK 

Ermənistan Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən səsləndirilən bəyanatlara münasibət bildirib.

Millətin Səsi.az az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Lukaşenkonun “xaotik və danışıqların məntiqindən uzaq” bəyanatlarını şərh etməyi yersiz hesab edib.

“Biz Belarus prezidentinin danışıqlar məntiqindən uzaq, müttəfiq və tərəfdaş münasibətlərinə zidd olan xaotik bəyanatlarını şərh etməyi məqsədəuyğun hesab etmirik”, – deyə Hunanyan Sputnik qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyi hesab edir ki, bu bəyanatlar KTMT üzvünün cənab Lukaşenko tərəfindən imzalanmış öhdəliklərini şübhə altına alır.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz buna cavab olaraq bildirib ki, Lukaşenkonun Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması reallığa əsaslanır, başa düşüləndir.

“Ona görə də biz dostlarımıza və tərəfdaşlarımıza Belarus dövlət başçısının bu çətin, lakin həll oluna bilən məsələ ilə bağlı çoxsaylı çıxışlarını diqqətlə oxumağı və yenidən oxumağı tövsiyə edirik”, – deyə Qlaz qeyd edib.

Qeyd edək ki, dünən Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın vasitəçiliyi altında Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar masasına oturmağa çağırıb.

 

Mənbə

Share: