Mərhum Prezident Heydər Əliyevin dostu, məşhur lerikli çoban Xanış Şahıyevin həyat yoldaşı Səmərqənd Şahiyeva vəfat edib.
Xəbəri Modern.az-a mərhumun nəvəsi Şahin Sahinli verib.
Qeyd edək ki, Səmərqənd Şahiyeva həm şəhid anası, həm də şəhid nənəsi idi. Onun bir oğlu I Qarabağ müharibəsində, iki nəvəsi (Elgün və Altay Mövlanovlar) isə II Qarabağ müharibəsində şəhid olub.
Xatırladaq ki, Xanış kişinin özü 2009-cu ildə 77 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin.