“İlham Əliyev Qarabağdakı məscidlərin timsalında  bütün İslam dünyasının, eləcə də İranın qürurunu xilas edib”

Seymur Əliyev: “Ermənilər məscidləri dağıdanda “barmaq tərpətməyən” İranın indi tank, top tərpətməsi gülüncdür”

 

“İlham Əliyev Qarabağdakı məscidlərin timsalında  bütün İslam dünyasının, eləcə də İranın qürurunu xilas edib. Odur ki, bütün müsəlman aləmi Azərbaycanın dövlət başçısına minnətdar olmalıdır və minnətdardır ”.

 

Moderator.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev bildirib. O, qeyd edib ki, 30 il ərzində Qarabağ və ətraf rayonlarda məscdilərin ermənilər tərəfindən dağıdılmasına göz yuman İranın, indi aqressiv davranışlar sərgiləməsi anlaşılan deyil:

 

“30 il ərzində işğaldakı Azərbaycan torpaqlarında məscidlərin dağıdılmasını, təhqir olunmasını sakitcə seyr edən İran, Azərbaycanın tarixi zəfərindən sonra ökəmizə münasibətdə xoş olmayan davranışlar sərgiləməkdədir. Qafanda İranın Baş Konsulluğunun açılması, Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılması istiqamətində atılan addımlar, Ermənistanla İran arasında iqtisadi əlaqələrin sürətlə genişlənməsi fonunda İranın Araz çayı sahilində təlimlər keçirməsi, ölkəmizlə təhdid dilində danışmaq cəhdi anlaşılmazdır. Az qala bir qərinəyə yaxın müddətdə işğaldakı torpaqlarımzıda ermənilərin məscidlərə tutduğu divanın qarşısını almaq üçün “barmaq tərpətməyən” İranın, ində sərhədimiz yaxınlığında keçirdiyi təlimlərdə tank, top tərpətməsi gülüncdür. İran bu əzələ nümayişini vaxtı ilə məscidləri təhqir edən erməni faşizmini təhdid etmək üçün ortaya qoysaydı, o zaman onun bu addımını bütün İslam dünyası alqışlayardı. İndiki halda isə bu təlim və bəyanatlar İranı sadəcə gülüş hədəfinə çevirir”.

 

 

Mənbə

Share: