“Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının uzunmüddətli dönəmdə mədənçıxarma və emal sənayesi, turizm və nəqliyyat sahələrində iqtisadi artıma təxminən orta hesabla 5%-lik əlavə təsiri olacaq”.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Bizim ÜDM-nin 3%-i və qeyri-neft ÜDM-nin 5,1%-i uzunmüddətli dönəmdə bu ərazidə istehsal olunacaq”, – deyə o bildirib.