Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının (EUFOR “Althea”) səlahiyyət müddəti yenə uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının sessiyasında qərar qəbul olunub. Sessiyada EUFOR “Althea”nın Bosniya və Herseqovinada sülhün və sabitliyin qorunmasında mühüm rol oynadığı, missiyanın mandatının uzadılmasının zəruriliyi vurğulanıb.
BMT Təhlükəsizlik Şurasının 15 üzvü Bosniya və Herseqovinada sülhün və sabitliyin qorunması məqsədilə EUFOR-un mandatının uzadılmasının lehinə səs verib.
Bosniya və Herseqovinada sülhü və sabitliyi təhdid edən təhlükələrin müzakirə edildiyi sessiyada çıxış edən İrlandiyanın BMT-dəki daimi nümayəndəsi Ferqal Mythen EUFOR-un bu ölkədə olmasını dəstəklədiklərini bildirib.