İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Audiovizual Şura ilə birlikdə reklam fəaliyyətinə nəzarətlə bağlı birgə işçi qrup yaradacaq.
Modern.az xəbər verir ki, bunu Bakıda “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
M.Abbasbəyli qeyd edib ki, reklam sahəsində fəaliyyətlərin tənzimləməsi üçün əsas məsələlərdən biri də Rəqabət Məcəlləsinin qəbul edilməsidir.
“Ümid edirəm ki, qısa müddətdə qanun layihəsi Milli Məclisə təqdim ediləcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra buna dair müxtəlif seminarlar keçiriləcək”, – qurum rəsmisi deyib.