
“Moskva” kreyseridə itkin düşən dənizçinin atası Rusiya hakimiyyətini yaramaz adlandırıb və başdansovdu rəsmi cavabı göstərib…”
“Həlak olan dənizçilərin valideynlərindən övladlarının müharibə deyil, fəlakət nəticəsində həlak olması barədə sənədlərə imza atmağı təkidlə xahiş edib…”
İlhaq edilən Sevastopolun Naximov məhkəməsi bu ilin aprel ayında Qara dənizdə batan “Moskva” kreyserinin 17 dənizçisinin həlak olmasını etiraf edib. Bu barədə onlardan birinin atası Dmitri Şkrebets “Agentlik” nəşrinə danışıb.
Moderator.az xəbər verir ki, məlumatı BBC nəşri yayıb.
Şkrebetsin sözlərinə görə, 16 işə yayda, daha birinə sentyabr ayında baxılıb. İtkin düşmüş hesab edilən hərbi qulluqçuların valideynlərinin ərizələri üzrə məhkəmə iclasları keçirilib. Məhkəmədə onların maraqlarını hərbi prokurorluq və hərbi hissənin komandanlığı təmsil edib.
“Moskva” kreyserində itkin düşən dənizçinin atası Rusiya hakimiyyətini yaramaz adlandırıb və başdansovdu rəsmi cavabını göstərib.
İşlərin baxılması müddətindən görünür ki, məhkəmə ekipaj üzvlərinin həlak olmasını hərbi əməliyyatlarla əlaqəli olmadığını etiraf edib.
Rusiya Federasiyası Mülki kodeksə görə,vətəndaş “ölüm təhlükəsi olan və ya onun həlak olmasını müəyyən bədbəxt hadisə nəticəsində güman etməyə əsas verən” şəraitdə itkin düşübsə, yarım il ərzində məhkəmə tərəfindən ölmüş hesab edilə bilər.
Əgər hərbi qulluqçu “hərbi əməliyyatlarla əlaqədar” irkin düşübsə, onu müharibənin bitməsindən ən tezi iki ildən sonra ölmüş hesab etmək olar.
Bu zaman hərbi əməliyyatların başa çatmasının tarixi məhkəməyə müraciət edilərkən ərizədə göstərilməlidir.
Bundan öncə həlak olan dənizçilərin valideynlərindən onların övladlarının müharibə deyil, “fəlakət” nəticəsində həlak olması barədə sənədlərə imza atmağı təkidlə xahiş edib.
Xatırladaq ki, Qara dəniz donanmasının flaqmanı olan “Moskva” kreyseri aprelin 14-də batıb.
RF müdafiə nazirliyinin versiyasına görə, gəmidə yanğın baş verib, bu da döyüş yükünün detonasiyasına gətirib çıxarıb.
Kiyev məlumat verib ki, kreyserə iki gəmiəleyhinə “Neptun” raketləri ilə hücum edilib.
Rusiya müdafiə nazirliyi bortda olan ekipaj üzvlərindən 27 nəfərinin itkin düşməsi, bir nəfərinin həlak olmasını etiraf edib.
Əvvəlcə nazirlik iddia edib ki, “Moskva”nın bütün ekipajı tamamilə təxliyə edilib.
Dəyərləndirmələrə görə, gəmidə ən azı 400 nəfər, o cümlədən müddətli xidmət matrosları olub. Kreyserdə həlak olanların dəqiq sayı hələ də bəlli deyil.