Dünyanın 4-cü ən yaşlı sakinin 115 yaşı oldu

ABŞ-da ən yaşlı qadın kimi tanınan Ayova ştatından olan Bessi Hendriks 115 yaşı tamamlayıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Bessi Hendriks yubileyini Leyk-Siti şəhərində yerləşən qocalara xidmət mərkəzində ziyafətlə qeyd edib. Tədbirə yubilyarın bir gün öncə 90 yaşı tamam olmuş qızı Joan Şaffer də daxil olmaqla, hər üç övladı qatılıb.

 

Bessi Hendriks 115 il və 108 gün ömür sürmüş Telma Satklifin vəfatından sonra bu ilin əvvəlində ABŞ-ın ən yaşlı qadını tituluna yiyələnib. Herontoloqlar onu hazırda dünyanın dördüncü ən yaşlı insanı hesab edirlər.

Mənbə

Share: