“Biz təkcə bizə xas olan xeyirxahlığa görə geri çəkilmirik…”

“Rusiya öz əzəli torpaqlarını geri qaytarır və artıq qaytarıb və bu, davam edəcək…”

 

“Bu gün məhz Rusiya gələcəyin dünya düzənini formalaşdırır…”

 

“Rusiya təkbaşına NATO və Qərb dünyası ilə vuruşur və güclü düşməni məhv etməyə qadirdir…”

 

“Bizim düşmənlərimiz öz əsgər və mülkilərinin həyatını heçə sayır, bizim onlardan böyük mənəvi fərqimiz bundan ibarətdir…”

 

“Rusiyanın qələbəsinin əsas amilləri birlik, zəhmət və mənəvi ruhdur…”

 

Rusiya qoşunlarının zəbt etdiyi Xersondan Dneprin sol sahilinə məcburi geri çəkilməsi fonunda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev “il ərzində Rusiyanın başlıca nailiyyətləri” haqqında xatırlatmağa bəhanə tapıb.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb.

 

“Çətin gündəlik qayğıların içində və mürəkkəb hərbi qərarların təsirindən ölkəmiz və hamımız üçün müstəsna əhəmiyyəti olan bu ilin nəticələri sanki unudulub, onları xatırlatmaq istəyirəm”, – Medvedev yazıb.

 

O, qeyd edib ki, Rusiya “əzəli Rusiya torpaqlarını qaytarır və artıq qaytarıb və “bu qaytarılma davam edəcək”.

 

Onun sözlərinə görə, bu zaman “Birləşmiş Ştatlar Britaniya və ya qaranlıq Kiyevlə deyil, məhz Rusiya bu gün gələcəyin dünya düzənini formalaşdırır”.

 

“Və bu yeni bərabərhüquqlu dünya düzəni qurulacaq”, – hər zaman olduğu kimi, Medvedev qəzəblə vurğulayıb.

 

Bundan başqa, o, deyib ki, “Rusiya təkbaşına NATO və Qərb dünyası ilə vuruşur”.

 

“Ona görə də keçmişlə istənilən paralellər yanlış və ya şərtidir”, – sabiq prezident deyib. – Bir şeydən başqa-biz təkbaşına güclü düşməni və ya düşmən ittifaqlarını məhv etməyə qadirik”.

 

Ayrıca olaraq o, diqqəti ona cəlb edib ki, Rusiya öz hərbi qulluqçularının və mülki əhalisinin həyatlarını maksimal olaraq qorumağa çalışaraq, döyüş fəaliyyətini həyata keçirir.

 

“Bizim düşmənlərimiz öz əsgər və mülkilərinin həyatını heçə sayır, – Müdvedev bəyan edib. – Bizim onlardan böyük mənəvi fərqimiz bundan ibarətdir”.

 

Onun sonuncu “xatırlatması” ən çox təhdidedici olub. O, deyib ki, Rusiya “bütün ağıllı adamlara aydın olan səbəblərdən özünün mümkün məhvetmə vasitələrinin bütün arsenalından istifadə etməyib”, “yaşayış məntəqələrində yerləşən bütün mümkün düşmən hədəflərinə zərbələr endirməyib”.

 

“Həm də bu, təkcə bizə xas olan insani xeyirxahlığımıza gorə baş verməyib. Hər şeyin öz vaxtı var”, – Medvedev deyib.

 

O, vurğulayıb ki, Rusiyanın qələbəsini şərtləndirən əsas amillər sıx birlik, gündəlik ağır zəhmət və ən yüksək mənəvi ruhdur”.

Mənbə

Share: