
“Təyyarələr ciddi təlim prosesinin gedişində seçilən könüllülər tərəfindən idarə edilib…”
“Qəzaya uğrayan təyyarələr ikinci dünya savaşında müttəfiq ölkələr tərəfindən istismar olunub…”
ABŞ-da aviaşou zamanı faciə yaşanıb
ABŞ-da Veteran günü ilə əlaqədar olaraq hava paradının gedişində iki təyyarə yerə çırpılıb.
Faciə “Dallas üzərində qanadlar” aviaşousu zamanı baş verib. Uzaq mənzilli bombardmançı B-17 (“Uçan qala”) və qırıcı “Kinqkobra” Bell P-63 toqquşub.
Moderator.az xəbər verir ki, bu barədə “Vesti.ru” nəşri məlumat yayıb.
“B-17” Amerikanın ilk seriyalı tammetallik ağır dördmotorlu bombardmançı təyyarəsidir.
ABŞ və Böyük Britaniya Hərbi-Hava Qüvvələri tərəfindən ikinci dünya müharibəsi zamanı istifadə edilib.
Bu tip təyyarələr faşist Almaniyasının sənaye mərkəzlərini bombalayaraq, Normandiyada müttəfiq qoşunlarının enişi zamanı havada hökmranlığı təmin edib.
“Kinqkobra” Bell P-63 qırıcıları ikinci dünya müharibəsində ABŞ, Fransa və SSRİ tərəfindən istismar edilib.
“Kinqkobra”nı bir pilot, B-17-nin ekipajı dörd pilotdan ibarət olub.
Güman edilir ki, hər iki təyyarənin pilotları həlak olub. Şounu izləyənlərdən heç kim zərər çəkməyib.
Şou təşkilatçıları bəyan edib ki, təyyarələr ciddi təlim prosesinin gedişində seçilən könüllülər tərəfindən idarə edilib.
Təşkilatçılardan birinin sözlərinə görə, şou iştirakçılarının çoxu əvvəllər mülki aviasiya təyyarələrini və ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyaləri idarə edib.