Ağdam Sənaye Parkında yeni istehsal müəssisəsi yaradılacaq

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, yeni rezident NN-Tel Group MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 mln. manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.

Mənbə

Share: