Blinken gələn il Çinə gedir 

ABŞ dövlət katibi Entoni Blinkenin gələn ilin əvvəlində Çinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi Ağ Evə istinadən məlumat yayıb.

 

Blinkenin Çinə bu səfəri 2018-ci ildən indiyədək bu səviyyədə ilk səfər olacaq.

 

Bundan əvvəl Ağ Ev bildirib ki, ABŞ Prezidenti Cozef Bayden və Çin lideri Si Cinpin Balidə keçirilən görüşdə Blinkenin Çinə səfəri ilə bağlı razılığa gəliblər.

Mənbə

Share: