Mərhum həyat yoldaşından danışan Fəxrəddin Manafov: “Onunla sona qədər tanış ola bilmədim”

Xalq artisti Fəxrəddin Manafov şəxsi həyatı ilə gündəmə gəlib. 

 

AzTV-də yayımlanan “Ağ və qara” layihəsinə qonaq olan aktyor bir il əvvəl vəfat edən həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Manafov Vahidə xanımın onun həyatında misilsiz iz buraxdığını bildirib:

 

“Rəsmi 44, ümumilikdə 48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən o qadın mənə çox şeyi öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır, amma əksinə… Vahidə çox güclü bir şəxsiyyət idi. Çox ağıllı, zəkalı, oxumuş, intellektual, istedadlı, maraqlı insan idi. Dünyasını dəyişəndə mən bir söz dedim. Özüm də şaşırdım. Dedim ki, mən səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür”.

 

Qeyd edək ki, Fəxrəddin Manafovun 65 yaşlı həyat yoldaşı Vahidə Sadıqova ötən ilin martında xərçəng xəstəliyindən vəfat edib. 

 

Mənbə

Share: