“Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib”.
Modern.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.
“Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur”, – deyə DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Müsavat Partiyası bu gün İranın Bakıdakı səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib. Müsavatçılar İranın anti-Azərbaycan siyasətinə və qonşu ölkədə dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz ediblər.