ABŞ əhalisinin sıx məskunlaşdığı Kaliforniya və Kolorado ştatlarında Konqres üçün keçirilmiş aralıq seçkilərinin nəticələri hesablanır. Hazırda səslərin sayılması prosesi davam etdirilir.
Modern.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Respublikaçılar Kaliforniyanımn daha bir bölgəsində qalib gələrək Nümayəndələr Palatasındakı yerlərin sayını 218-ə çatdırıb.
Respublikaçılar bununla da Nümayəndələr Palatasında çoxluğu təmin ediblər.
Nümayəndələr Palatasının yeni sədri olacağı gözlənilən Kevin Makkarti öz “Twitter” hesabında Respublikaçıların qələbəsini elan edərək, “Respublikaçılar Nümayəndələr Palatasını Nensi Pelosinin əlindən aldılar”,- deyə yazıb.
ABŞ Prezidenti Co Bayden isə K.Makkartini təbrik edib və respublikaçılarla işləməyə hazır olduğunu bildirib.