Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qətərə yola düşəcək.
Modern.az xəbər verir ki, Türkiyə prezidenti Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saninin dəvəti ilə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.
Qeyd olunub ki, Türkiyə rəhbəri açılış mərasimində iştirak etmək üçün bu gün Dohaya səfər edəcək.