“Ətrafımızda terror dövləti yaratmağa cəhd etdilər”

“Ətrafımızda terror dövləti yaratmağa cəhd etdilər”

“Ətrafımızda terror dövləti yaratmağa cəhd etdilər”.

 

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

 

Onun sözlərinə görə, Türkiyə buna icazə verə bilməzdi: “Ölkəmizi və millətimizi qorumaq bizmi borcumuzdur. Bu hər bir ölkənin təbii hüququdur”.

 

S.Soylu bildirib ki, terrorçuların öldürdüyü mülki insanlara kimsə reaksiya vermədi: “Amma Polşaya 2 raket düşdüyü üçün NATO-nun bütün üzv ölkələri ayağa qalxdı. İnsanları dillərinə, dinlərinə, yaşadıqları coğrafiyaya görə fərqləndirmək düzgün deyil”.

 

Türkiyə DİN başçısı vurğulayıb ki, insan hüquqları hər kəsə aiddir: “Bütün terror aktlarına eyni cür reaksiya verilməlidir”.

 

Mənbə

Share: