Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə etiraz edənlər saxlanılıb.
Modern.az xəbər verir ki, saxlanılanlar arasında Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan da var.
Ondan başqa daha 3 nəfərin polis tərəfindən nəzarətə götürüldüyü bildirilir.
Məlumata görə, saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilir.