“Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

 

Bunu jurnalistlərə açıqlamasında ƏMDX-nın Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev bildirib.

 

Bununla belə, o, müsabiqənin qalibinin hansı şirkət olduğunu açıqlamayıb.

 

“Qalib rəqabətli hərrac şəraitində müəyyən olunub. Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”, – Ə.Mirzəyev qeyd edib.

 

Mənbə

Share: