Şarl Mişel Çinə gedir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Çinə səfər edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər dekabrın 1-də baş tutacaq. Aİ Şurasının Prezidenti səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.

Mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə qlobal çağırışlar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Mənbə

Share: