Serbiya ilə hərbi-texniki əməkdaşlıq daha üstün səviyyəyə qalxacaq…

“Serbiya ilə Azərbaycan arasında əlaqələr artan dinamika üzrə inkişaf etməkdədir”.

 

Bu fikirləri Moderator.az-a səsləndirən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan və Serbiya qarşılıqlı olaraq bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri və mühüm sənədlərin imzalanması,  o cümlədən iki ölkı arasında strateji tərəfdaşlığın inkişafına dair imzalanan memorandum gələcəkdə Serbiya ilə Azərbaycan arasında münasibətləri daha üstün bir səviyyəyə çıxaracaq.

 

Ədalət Verdiyev bildirib ki, iki ölkə arasında münasibətlər eyni zamanda hərbi və hərbi-texniki sahədə də münasibətləri strateji səviyyəyə qaldıracaq.

Mənbə

Share: