Ermənistan kazinoları yenidən açır

İrəvanda kazinolar yenidən açıla bilər. Modern.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.


Baş nazir qeyd edib ki, mövcud qanunvericiliyə görə, kazino fəaliyyətinə yalnız müəyyən yerlərdə icazə veriləcək, lakin 100 milyon dollar və ya daha çox sərmayə qoyulduqda, istənilən yerdə açıla bilər.


“Bizə siqnallar gəlir ki, bu məbləğə İrəvanda otellər tikilir, üstəlik, kazinonun açılması da nəzərdə tutulur. Təbii ki, bunlar fərqli sinfə aid kazinolar olacaq, onlar tamamilə başqa məntiqlə işləyəcək”, – Paşinyan bildirib.


Paşinyan qeyd edib ki, 4 illik inadkar mübarizədən sonra hakimiyyət nəhayət ki, oyun sferasını tənzimləyə bilər. Mərc və onlayn kazino sektorlarında illik 600 milyon dram ödəniş tətbiq edilib, hər 100 milyard mərc üçün əlavə 175 milyon dram rüsum ödənilməlidir.


Qeyd edək ki, Ermənistan hakimiyyəti 2013-cü ildən paytaxtda və digər iri şəhərlərdə kazinoların fəaliyyətinə qadağa qoyub.

Mənbə

Share: