KTMT-yə müdaxilə cəhdləri davam edəcək – Peskov

“KTMT-ni parçalamaq cəhdləri həmişə olub”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O qeyd edib ki, təşkilatın işinə müdaxilə cəhdləri bundan sonra da olacaq.

 

“Ancaq indi biz görürük ki, bütün çətinliklərə və hətta iştirakçı ölkələr arasında mümkün ziddiyyətlərə baxmayaraq, bu struktura hələ də tələb var. KTMT öz aktuallığını və effektivliyini Qazaxıstanda tam nümayiş etdirdi”, – Peskov vurğulayıb.

 

Akif İsmayılov 

Mənbə

Share: