Kamerunda dəfn mərasimində torpaq sürüşməsi baş verib, 11 nəfər ölüb

Kamerunun paytaxtı Yaunde şəhərinin şərqində dəfn mərasimi zamanı torpaq sürüşməsi baş verib, azı 11 nəfər həlak olub.

 

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Agence France-Presse” məlumat yayıb.

 

Qeyd olunub ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar barədə məlumat verilməyib.

Mənbə

Share: