Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.
Modern.az xəbər verir ki, son turda Tunis yığması ilə qarşılaşan “xoruzlar” 1:1 hesablı heç-heçəyə razılaşıb.
Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrziman yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.
***
20:20
Dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.
Modern.az xəbər verir, Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib.
***
19:11
Dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyunu start götürüb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.