Fransa qrup lideri oldu – YENİLƏNİB

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

 

Modern.az xəbər verir ki, son turda Tunis yığması ilə qarşılaşan “xoruzlar” 1:1 hesablı heç-heçəyə razılaşıb.

 

Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrziman yekun hesabı müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək. 

 

***

20:20

 

Dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.

 

Modern.az xəbər verir, Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib.

 

***

19:11

 

Dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Mənbə

Share: