Türkiyənin pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirib 

Türkiyənin pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirib 

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Kəzılelma” pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, sınaq Çorlu bölgəsində keçirilib və uğurla başa çatıb.

 

Qeyd edək ki, pilotsuz təyyarə 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.

 

Akif İsmayılov 

Mənbə

Share: