“Bu, balaçkadır, dil get-gedə itir. Balaçka əsl kazak ləhcəsidir…”
Rusiyanın “Birinci kanal”ının efirində “Sağlam yaşamaq” proqramında Ukraynanın milli yeməyi bişirilib və təmiz Ukrayna dilində mahnı oxunub.
Moderator.az xəbər verir ki, bu barədə “Focus” nəşri məlumat yayıb.
Çəkiliş zamanı proqramın Kubandan Moskvaya gələn qonaqları Kuban reseptinə uyğun borş hazırlayıb.
Yeməyin dadına baxan televerilişin aparıcısı Yelena Malışeva iştirakçılardan mahnı oxumağı xahiş edib.
Onlardan biri “İgidlər, atları yəhərdən ayırın” Ukrayna xalq kompozisiyasını ifa etməyə başlayıb.
Bu zaman Malışeva da ona qoşulub, yerdə qalanlar, o cümlədən tamaşaçılar dostcasına əl çalıb və gülümsəyiblər.
İfadan sonra Malışeva mahnının hansı dildə yazılması ilə maraqlanıb.
Efir iştirakçısı bəyan edib: “Bu, balaçkadır ( kazaklarda söhbət etmək, çənə vurmaq deməkdir-red.). Dil get-gedə itir. Balaçka əsl kazak ləhcəsidir”.
Qeyd edək ki, “İgidlər, atları yəhərdən ayırın” mahnısı Ukrayna kazaklarının hitidir.
XX əsrdə mahnını Ukrayna xor dirijoru və folklorçusu Dmitri Balatski işləyib hazırlayıb. Onun həmkarı, folklorçu və ədəbiyyatşünas Andrey Konko sübut edib ki, bu mahnı hələ XIX əsrdə Ukrayna folklorçuları tərəfindən ifa edilib.
Mahnıda Ukraynanı gəzib onlarla birgə Ukrayna kazaklarının məskunlaşdığı yerə-Seçə getməyə razı olmayanları axtaran Zaporojye emissarları haqqında danışılır.