Naxçıvan Mərkəzi Xəstəxanasında tibbi aksiya keçirilib

Naxçıvan Mərkəzi Xəstəxanasında tibbi aksiya keçirilib

Aksiyanın təşəbbüskarı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olub

Moderator.az xəbər verir ki, 16 dekabr 2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti tibbi aksiyası Naxçıvan Mərkəzi Xəstəxanasında keçirilib.

Aksiya çərçivəsində 101 nəfər müayinə olunub. Yaşla bağlı presbiopiya, refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub.

Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, t.ü.f.d. Mirişova Mirana, dr. Bayramova Humay, dr. İbrahimova Sona və dr. Həsənova Rəvanə tərəfindən həyata keçirilib.

 

Mənbə

Share: