Britaniya hərbi xərclərini 1 milyard artıracaq 

2023-cü ildə Böyük Britaniyanın müdafiə xərcləri 1 milyard funt sterlinq artmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri parlamentdəki mənbəyə istinadən məlumat yayıb.

 

Qəzetin yazdığına görə, müdafiə naziri Ben Uolles hərbi xərclərin artırılmasına çağırıb, bu təklif İngiltərə Maliyyə Nazirliyi tərəfindən dəstəklənib.

 

2023-cü ildə Böyük Britaniya Ukraynaya yüz minlərlə artilleriya sursatı verməyi planlaşdırır. Sursatlar 250 milyon funt sterlinqlik hərbi yardım müqaviləsi çərçivəsində tədarük ediləcək.

 

Akif İsmayılov 

Mənbə

Share: