Rusiya Futbol Federasiyası UEFA-nı tərk edərək Asiya Futbol Konfederasiyasına keçmək qərarını dekabrın 27-nə qədər təxirə saldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Ukraynanın işğalı ilə əlaqədar Rusiya millisi və Rusiya komandaları UEFA-nın təşkilatlarında iştirakdan uzaqlaşdırılıb.
Qadağanın qısa müddətdə aradan qaldırılmayacağına əmin olan Rusiya vaxt itirməmək üçün UEFA-dan ayrılıb Asiya Futbol Konfederasiyasına keçməyi düşünürdü. Rusiya Futbol Federasiyası bu məsələ ilə bağlı qərar vermə prosesini dekabrın 27-dək təxirə saldığını açıqlayıb.
Qeyd edək ki, qadağa zamanı Rusiya millisi Qırğızıstan, Tacikistan və Özbəkistanla bir yoldaşlıq oyunu keçirib.