İspaniyanın “Atletik” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az xəbər verir ki, Bilbao təmsilçisi “Barselona”dan Yokin Eskyetonu transfer edib. Klubun rəsmi saytı 22 yaşlı qapıçı ilə 2023-cü ilə qədər müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Eskyeto “Barselona”nın B komandasında çıxış edirdi.