
Dekabr ayında Rusiya hərbi aerodromlarında müntəzəm olaraq partlayış səsləri eşidilməyə başlanıb. Moskvada deyirlər ki, guya bunun günahkarı Ukrayna pilotsuz təyyarələridir.
Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın “Ukrayna pilotsuz təyyarələri”nin hücumlarından mühafizə olunub-olunmaması sualına cavab verməkdən imtina edib.
Engelsdəki hərbi aerodrom ərazisində müntəzəm partlayışlar fonunda rusiyalı jurnalistlərin sualını cavablandıran Peskov bu sahədə kompetent olmadığını iddia edib.
“Baxın, siz mənə prezident administrasiyasının məşğul olmadığı sualı verirsiniz. Ona görə də sizi başqa idarələrə yönləndirəcəyəm. Siz onları çox yaxşı tanıyırsınız”, – deyə Peskov bildirib.
Sultan Laçın