UNICEF-in İrəvan ofisi Laçın yolu ilə bağlı Azərbaycanda hiddət doğuran absurd bəyanatını silib.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib.
Silinən paylaşımın əvəzində nisbətən neytral bəyanat ortaya çıxıb və bu bəyanat Ermənistan ofisinin rəhbərinə deyil, regional nümayəndəyə istinadən verilib.
Bəyanatda bildirilirdi ki, guya “Laçın yolunun bağlanması uşaqların yaşayışına təsir göstərir, onların həyatda qalması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışı məhdudlaşdırır”.
Xatırladaq ki, “Caliber.Az”ın bir gün əvvəl verdiyi məlumata görə, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub və orada İrəvan ofisi rəhbərinin başqa ölkənin suveren ərazisi haqqında qəbuledilməz bəyanatlarından narahatlıq ifadə olunub. Həmçinin UNİCEF-in İrəvan ofisi rəhbərinin öz mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.
UNICEF nümayəndəliyi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi UNİCEF-in İrəvan bürosu rəhbərinin bu addımının səhv olduğunu etiraf edib.