Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dollardan aşağı düşüb.
Modern.az xəbər verir ki, bu barədə hərrac məlumatlarında qeyd edilib.
Qazın qiyməti 16 fevral 2022-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatıb. Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 791,3 dollara düşüb.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Akif İsmayılov