ABŞ və İsrailin baş diplomatları İranı müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken İsrailin yeni xarici işlər naziri Eli Koen ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Koen özünün “Twitter“ səhifəsində məlumat yayıb.

 

Telefon danışığı zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.

 

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birgə hərəkətləri müzakirə etdik”, – nazir qeyd edib.

Mənbə

Share: