“Türkiyə terrorla mübarizədə ABŞ-nin tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir”

Ankara ABŞ-nin Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir.

 

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

 

Onun sözlərinə görə, ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda Türkiyədən heç kim susqunluq gözləməməlidir:

 

“Biz ABŞ-nin tərəfdaşlıq ruhuna riayət etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddiyə almasını gözləyirik”, – Ərdoğanın sözçüsü bildirib.

 

O əlavə edib ki, Ankara hardan olmasından asılı olmayaraq birtərəfli siyasətin tətbiqini qəbul etmir və ABŞ ilə münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə ümid edir.

 

Kalın həmçinin qeyd edib ki, Ankara ABŞ və Rusiyadan Suriya ilə bağlı 2019-cu il müqavilələri çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyir.

Mənbə

Share: